Azərbaycanla Polşa arasında iqtisadi əlaqələrin inkişafı üçün geniş potensial var – Nazir

Azərbaycanla Polşa arasında iqrisadi əlaqələrin inkişafı üçün
geniş potensial mövcuddur.

AzerTimes-ın məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri
Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, Polşa
Respublikasının xarici işlər naziri Zbiqnev Rau ilə birgə mətbuat
konfransında deyib.

O qeyd edib ki, iki ölkə arasında kənd təsərrüfatı, turizm və
digər sahələrdə əməkdaşlıq inkişaf etdirilə bilər. “Bu gün Polşalı
həmkarımla iqtisadi əlaqələrin inkişaf perspektivlərini geniş
müzakirə etdik”, – deyə nazir əlavə edib.

Teqlər: