Azərbaycanla neftin nəqlini müzakirə edirik – Karabayev

Azərbaycanla neftin nəqlini müzakirə edirik – Karabayev

Qazaxıstan Azərbaycanla qazax neftinin nəqlinin mümkün yollarını müzakirə edir.

AzerTimes xəbər verir ki, bu barədə cümə axşamı keçirilən brifinqdə Qazaxıstanın “Kazmunaiqas” milli şirkətinin idarə heyətinin iqtisadiyyat və maliyyə üzrə müavini Dauren Karabayev məlumat verib.

“Qazaxıstan neftinin mümkün nəqli ilə bağlı Azərbaycan tərəfi ilə müxtəlif səviyyələrdə, o cümlədən dövlət və milli şirkətlərlə müzakirələr aparılır. Təfərrüatlar hələ də razılaşdırılmalıdır. Azərbaycan tərəfi ilə razılıq əldə edildikdən sonra daha ətraflı məlumat verəcəyik. Bakı-Tiflis-Ceyhan və Bakı-Supsa potensial olaraq Qazaxıstan neftinin nəqli üçün istifadə oluna bilər”, – Karabayev bildirib.

Teqlər: