Azərbaycanla Macarıstan arasında aviareyslərin sayı artırıla bilər

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycanla Macarıstan arasında aviareyslərin sayı artırıla bilər.

AzerTimes-ın məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, bu gün macarıstanlı həmkarı ilə görüşündə iki ölkə arasında aviareyslərin sayının artırılması məsələsi də müzakirə edildi.

C.Bayramov əlavə edib ki, Azərbaycanla Macarıstan arasında 46 müqavilə imzalanıb və 13 müqavilənin imzalanması gözlənilir.

Teqlər: