Xəbər - Elçin Mehdiyev – Trend:
Azərbaycan İsveç ilə əməkdaşlığı yüksək qiymətləndirir və bu əməkdaşlığı bundan sonra da inkişaf etdirmək niyyətindədir.
AzerTimes-ın məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri xanım Ann Lindenin Azərbaycana işgüzar səfəri çərçivəsində keçirilən birgə mətbuat konfransına deyib.
C.Bayramov bildirib ki, Azərbaycanla İsveç arasında iqtisadi sahədə də səmərəli əməkdaşlıq mövcuddur: “Ölkələrimiz arasında iqtisadi əməkdaşlıq Azərbaycanla İsveç arasında böyük əhəmiyyət kəsb edir”.
Nazir bildirib ki, Azərbaycanla İsveç beynəlxalq təşkilatlar çərçivəsində də səmərəli əməkdaşlıq edir. O qeyd edib ki, iki ölkə arasında münasibətlər Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı çərçivəsində də inkişaf edir.