Azərbaycanla İsrail arasında turizm sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb

Azərbaycanla İsrail arasında turizm sahəsində əməkdaşlıq
haqqında saziş imzalanıb.

Trend xəbər
verir ki, bu barədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev “Twitter” hesabında məlumat verib.

“Bu gün israilli həmkarım Yoel Razvozovla turizm sahəsində
əməkdaşlıq haqqında saziş imzaladıq. İnanıram ki, bu saziş
ikitərəfli turizm əlaqələrimizin inkişafına və möhkəmlənməsinə öz
töhfəsini verəcək”, – Agentlik sədri qeyd edib.

Teqlər: