Azərbaycanla İspaniya arasında ikiqat vergitutma aradan qaldırılacaq

Xəbər - Fidan Babayeva, tərcümə Orxan Nəbiyev – Trend:

2022-ci il yanvarın 1-dən Azərbaycan və İspaniya ikiqat vergitutmanı aradan qaldıracaq.

Bunu AzerTimes-a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildiriblər.

Qeyd olunub ki, Azərbaycanla İspaniya arasında ikiqat vergitutmanın ləğvi barədə konvensiya 2014-cü il aprelin 23-də imzalanıb.


Sənəd 2021-ci il yanvarın 13-də qüvvəyə minib. Konvensiyanın tətbiq olunmasına isə 2022-ci il yanvarın 1-dən başlanacaq.