Azərbaycanla İspaniya arasında diplomatik əlaqələrin 30 illiyi qeyd edilir

11 fevral 2022-ci il tarixində Azərbaycan Respublikası ilə
İspaniya Krallığı arasında diplomatik əlaqələrin qurulmasının 30
illiyi qeyd edilir.

Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, ötən 30
il ərzində Azərbaycan və İspaniya arasında qurulmuş dialoq və
qarşılıqlı anlaşmaya əsaslanan möhkəm dostluq münasibətləri
yüksələn xətt üzrə inkişaf etməkdədir. İki ölkə arasında əməkdaşlıq
siyasi, iqtisadi, enerji, mədəniyyət, turizm, humanitar, idman və
digər sahələri əhatə edir.

Azərbaycan və İspaniya beynəlxalq hüququn norma və prinsiplərini
əsas tutaraq, bir-birilərinin suverenliyi ərazi bütövlüyü və
beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını
dəstəkləyir və hörmət edirlər.

Yüksək səviyyədə həyata keçirilən siyasi dialoq, iki ölkə
arasında beynəlxalq və regional təşkilatlar çərçivəsində uğurlu
əməkdaşlıq əlaqələrinin daha da inkişafına təkan verir.

İqtisadi, turizm, mədəniyyət və digər sahələrdə əlaqələrin daha
da inkişaf etdirilməsi, müqavilə-hüquq bazasının genişləndirilməsi
istiqamətində atılan addımlar ölkələrimiz arasında əməkdaşlığın
inkişafı üçün yeni əlverişli perspektivlər açır. Hər iki ölkənin
parlamentləri arasında yüksək səviyyədə olan əlaqələr ölkələrimiz
arasında əməkdaşlığın inkişaf etdirilməsində əhəmiyyətli töhfə
verməkdədir.

Azərbaycan və İspaniya arasında diplomatik əlaqələrin
qurulmasının 30 illiyi münasibətilə İspaniya hökumətinə və xalqına
səmimi təbriklərimizi ifadə edir və ölkələrimiz arasında qarşılıqlı
faydalı əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə
əminliyimizi ifadə edirik.

Teqlər: