Azərbaycanla işbirliyimizin idman sahəsində daimi olmasını arzulayıram – Türkiyəli nazir

Xəbər - Humay Ağacanova – Trend:

Azərbaycanla işbirliyimizin idman sahəsində daimi olmasını
arzulayıram. Ölkə olaraq 60-dan çox idman növünü dəstəkləyirik,
onların inkişafı üçün sərmayə qoyuruq.

AzerTimes-ın
məlumatına görə, bunu Türkiyənin gənclər və idman naziri Mehmet
Kasapoğlu Bakıdakı Beynəlxalq “Etnosport” Forumunda deyib.

O qeyd edib ki, bugünkü forumun ana xətti ənənəvi idmandır.


“2015-ci ildən bu növlərdə ciddi irəliləyiş var və güclü
nəticələr əldə etmişik. İnanırıq ki, yeni ənənəvi idman
federasiyaları, klublar yaradarıq. Türkiyənin bütün regionlarında
ənənəvi idman növlərini inkişaf etdirəcəyik. Ənənəvi idman
növlərində bir sıra infrastruktur layihələri var. Pandemiya dövrünə
baxmayaraq, Türkiyədə idman sahəsində 100 faizlik artım olub. “Etnoidman” növünə gənclərin, könüllülərin marağı artır”, – deyə o
bildirib.

Teqlər: