Xəbər - Elnur Bağışov – Trend:
İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşdə Gorus-Qafan yolundakı vəziyyət haqqında müzakirə aparıb.
AzerTimes-ın məlumatına görə, bu barədə İranın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Məlumata görə, görüşdə bölgədəki hazırkı proseslər, Azərbaycan və Ermənistan arasında sərhəd ərazilərdəki vəziyyət, Gorus-Qafan yolunda nəqliyyat vasitələrinin hərəkəti və digər məsələlər müzakirə olunub.