Azərbaycanla İran arasında Anlaşma Memorandumu imzalanır.
Anlaşma Memorandumunda iqtisadiyyat, ticarət, sahibkarlıq, sənaye,
kənd təsərrüfatı, bankçılıq, nəqliyyat, rabitə və yüksək
texnologiyalar, energetika, gömrük və sərhəd, su və ətraf mühit,
idman və gənclər, elm və təhsil, səhiyyə, mədəniyyət və turizm və
s. sahələr üzrə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.
AzerTimes-ın məlumatına görə Tofiq Abbasovun təqdimatında AzTV-nin “Əsas məsələ” verilişində “Azərbaycanla İran arasında Anlaşma
Memorandumu imzalanır. Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan
MR arasında yeni kommunikasiya bağlantısı yaranır” mövzusunda
aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin
qonaqları – siyasi şərhçilər İlham Məmmədzadə, Zaur Məmmədov və
İlqar Vəlizadə mövzu ətrafında müzakirə aparıblar.
“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan
Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz: