Ukrayna ilə Azərbaycan arasında həmişə konstruktiv dialoq və güclü əməkdaşlıq olub. Bu gün ölkəmizə qarşı silahlı təcavüz şəraitində bu əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir.
AzerTimes xəbər verir ki, bunu Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Seymur Mərdəliyevlə görüşündə Ukrayna Baş nazirin müavini İrina Vereşuk söyləyib
Onun sözlərinə görə, indi iki ölkə strateji tərəfdaşlığın daha səmərəli mərhələsinə doğru gedir.
Görüşdə tərəflər ölkələrimiz arasında iqtisadiyyat və ticarət sahələrində əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
Görüş zamanı ticari-iqtisadi əlaqələrin dərinləşdirilməsi üçün Ukraynanın və Azərbaycanın işgüzar dairələrinin onlayn görüşlərinin keçirilməsi barədə razılıq əldə olunub.
Həmçinin işğal olunmuş ərazilərin reinteqrasiyası və bərpası sahəsində Azərbaycan təcrübəsinin müzakirəsi üçün iki ölkənin dövlət qurumlarının birgə iclasının keçirilməsi razılaşdırılıb.