Xəbər - Elçin Mehdiyev – Trend:
Azərbaycan və Gürcüstan arasında dövlət sərhədini keçmək üçün 6
buraxılış məntəqəsi müəyyən edilib.
AzerTimes-ın məlumatına görə, bu barədə parlamentin plenar iclasına
tövsiyə edilən “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan
Hökuməti arasında Azərbaycan Respublikası və Gürcüstan arasında
dövlət sərhədindən buraxılış məntəqələri haqqında” Sazişin təsdiq
edilməsi barədə” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, həmin buraxılış məntəqələri
aşağıdakılardır:
1. Daimi, beynəlxalq, sərnişin və yük əlaqələri üçün Dəmiryolu
“Böyük-Kəsik(Azərbaycan) – Qardabani (Gürcüstan); Avtomobil
– “Qırmızı körpü” (Azərbaycan) – “Krasniy Most” (Gürcüstan);
– “Mazımqara” (Azərbaycan) – “Tsodna” (Gürcüstan).
2. Daimi avtomobil, sərnişin və yük əlaqələri üçün birgə,
beynəlxalq, avtomobil buraxılış məntəqələri
“İpəkyolu” (Azərbaycan) – “Abreşumis Qza” (Gürcüstan);
3. Daimi, dövlətlərarası sərnişin və yük əlaqələri üçün
piyadalar üçün avtomobil yolu
“Sadaxlı” (Azərbaycan) – “Vaxtangisi” (Gürcüstan)
4. Mövsümi dövlətlərarası, sərnişin və yük əlaqələri üçün yalnız
sərhədyanı rayonlarda yaşayan vətəndaşlar üçün (yay vaxtı buraxılış
rejimi saat 08:00-dan 21:00-dək, qış vaxtı saat -08:00-dan
18:00-dək piyadalar üçün avtomobil yolu
“Muğanlı” (Azərbaycan) – “Samtatskaro” (Gürcüstan).
Sənədə əsasən, tərəflərin səlahiyyətli orqanları ayrı-ayrı
protokollarla “İpəkyolu” – “Abreşumis Qza” birgə buraxılış
məntəqəsindən daşınan mal və nəqliyyat vastitələri ilə bağlı sərhəd
və gömrük prosedurlarını tətbiq olunma prinsiplərini müəyyən
edəcəklər.