Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə
Gürcüstan Hökuməti arasında Azərbaycan Respublikası və Gürcüstan
arasında dövlət sərhədindən buraxılış məntəqələri haqqında” Sazişin
təsdiq edilməsi barədə Qanunu imzalayıb.
Sənədə əsasən, “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan
Hökuməti arasında Azərbaycan Respublikası və Gürcüstan arasında
dövlət sərhədindən buraxılış məntəqələri haqqında” 2021-ci il
sentyabrın 29-da Bakı şəhərində imzalanmış Saziş təsdiq edilir.