Azərbaycanla Fransa arasında münasibətlərin inkişafı davam edəcək – Dövlət katibi

Xəbər - Ceyla Əliyeva, Orxan Nəbiyev – Trend:

Azərbaycanla Fransa arasında münasibətlər inkişafını davam etdirəcək.

AzerTimes-ın məlumatına görə, bunu Fransa Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lemuan brifinq zamanı deyib.

Onun sözlərinə görə, iki ölkə arasında müəyyən gərgin məqamlar olub, amma buna baxmayaraq Azərbaycanla Fransa arasında münasibətlər inkişaf etməkdə davam edəcək.

O əlavə edib ki, Fransa hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və Türkiyədən sonra ölkənin müstəqilliyini tanıyan ikinci dövlət olub.

Dövlət katibi qeyd edib ki, koronavirus pandemiyasına baxmayaraq, iki ölkə arasında iqtisadi əlaqələr 20 faiz artıb.

J.-B.Lemuan səfəri çərçivəsində hökumət üzvləri ilə görüşdüyünü bildirib. Mədəniyyət naziri ilə görüş zamanı Azərbaycanla Fransa arasında münasibətlərin 30 illiyinə həsr olnmuş sərginin keçirilməsi, eləcə də Azərbaycanda fransız dilinin öyərnilməsinə marağın artması məsələləri müzakirə olunub. Görüşlər zamanı, həmçinin dəmir yolları sahəsində və “ağıllı şəhər” layihələri çərçivəsində əməkdaşlıq nəzərdən keçirilib.

Teqlər: