Azərbaycanla etibarlı əməkdaşlığa sahibik.
AzerTimes-ın məlumatına görə bunu, Miqrasiya Siyasətinin İnkişafı
üzrə Beynəlxalq Mərkəzin Baş direktoru Mixael Şpindelegger
deyib.
O qeyd edib ki, Azərbaycanla olan əməkdaşlıq keçdikcə daha da
güclənir.
“Azərbaycan dedikdə uzun illərə dayanan müttəfiqlik təsəvvür
edirəm. Bu illər boyunca bir sıra razılaşmalarımız olub və bu,
davam edəcək. Biz Miqrasiya Xidməti ilə birgə uğurlu
əməkdaşlıqlarımıza davam edəcəyik və inanıram ki güvənilir müttəfiq
olan Azərbaycanla layihələrimiz davam edəcək”, – deyə o
bildirib.