Azərbaycanla Ermənistanın ölüm və doğuş müqayisəsi

Azərbaycanla Ermənistanın ölüm və doğuş müqayisəsi

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) müxtəlif ölkələrdə ölüm və doğuş göstəricilərini hesablayıb.

AzerTimes xəbər verir ki, hesabatda Azərbaycan ölüm səviyyəsinə görə 142-ci (hər 1000 nəfərə 6,4 ölüm), doğuş səviyyəsinə görə isə 161-ci (hər 1000 nəfərə 11,2 doğuş) olub.

Gürcüstan ölüm səviyyəsinə görə 11-ci (hər 1000 nəfərə 13,3 ölüm), doğuş səviyyəsinə görə isə 148-ci (hər 1000 nəfərə 12 doğuş) yerdədir.

Ermənistan ölüm səviyyəsinə görə 42-ci (hər 1000 nəfərə 9,6 ölüm), doğuş səviyyəsinə görə 177-ci yeri (hər 1000 nəfərə 10,5 doğuş) tutur.

Türkiyə ölüm nisbətinə görə 151-ci (hər 1000 nəfərə 6,1 ölüm), doğuş səviyyəsinə görə isə 122-ci (hər 1000 nəfərə 13,8 doğuş) yerdədir.

İran ölüm səviyyəsinə görə 187-ci (hər 1000 nəfərə 5,3 ölüm), doğuş səviyyəsinə görə isə 119-cu (hər 1000 nəfərə 14,3 doğuş) yerdədir.

Rusiya ölüm nisbətinə görə 9-cu (1000 nəfərə 14 ölüm), doğuş nisbətində 209-cu (1000 nəfərə 8,4 doğuş) yerdədir.

Dünyada ən yüksək ölüm (1000 nəfərə 18,6) və ən aşağı doğuş səviyyəsi (hər 1000 nəfərə 6) Ukraynada qeydə alınıb.

Teqlər: