Azərbaycanla Ermənistan arasındakı razılaşma yeni səhifə üçün vacib imkandır – Hulusi Akar

Xəbər - Orxan Nəbiyev – Trend:

Azərbaycanla Ermənistan arasında ötən il əldə edilmiş atəşkəs yeni səhifənin açılması üçün vacib imkan yaradır.

AzerTimes-ın məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar ABŞ-ın “RealClearDefense” jurnalında dərc olunan məqaləsində yazıb.

O bildirib ki, Türkiyə bu ilin fevralında Ermənistanda baş vermiş hərbi çevriliş cəhdini pisləyən ilk ölkələrdən olub.

“Əgər Ermənistan liderləri Türkiyənin ismarışlarına qulaq versələr və sülhə yatırım etsələr, bunun siyasi və iqtisadi faydası bütün region üçün yüksək olacaq”.

Teqlər: