Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək – Hikmət Hacıyev

Şuşa. Trend:

Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda
inteqrasiyanın inkişafına xidmət edəcək.

Trend-in məlumatına görə, bunu Azərbaycan
Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici
siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada “Cənubi
Qafqazda inkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans
zamanı deyib.

“Azərbaycan öz tərəfindən sülh müqaviləsini imzalamağa hazırdır.
Üç onillik boyunca davam etmiş danışıqlar prosesi bunu göstərir”, –
deyə o bildirib.

H.Hacıyev qeyd edib ki, Ermənistan hələ də ölkənin xeyrinə
olacaq addımları atmağa çalışmır.

O əlavə edib ki, nəqliyyat, ticarət, energetika kimi müxtəlif
sektorların birgə inkişafı Azərbaycan, Ermənistan və bütünlükdə
region üçün sosial-iqtisadi fayda gətirəcək.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: