Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması Orta Dəhlizin etibarlılığını daha da artıracaq – Nazir

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması
Orta Dəhlizin etibarlılığını daha da artıracaq.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat
naziri Mikayıl Cabbarov Davosda Dünya İqtisadi Forumunda çıxışı
zamanı deyib.

“Sülh müqaviləsinin imzalanması Orta Dəhlizin etibarlılığının
daha da artması, qarşılıqlı səmərəli regional əməkdaşlıq və ilk
növbədə, Cənubi Qafqazda sülhün və sabitliyin bərpası deməkdir”, –
nazir deyib.

O əlavə edib ki, Azərbaycan sülh müqaviləsinin tezliklə
imzalanmasının tərəfdarıdır.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: