Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası vacibdir – MDB-nin icraçı direktoru

İndi sülh prosesinə keçmək və Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası problemini tənzimləmək üçün hər şeyi etmək lazımdır.

AzerTimes-ın məlumatına görə, bunu MDB-nin icraçı direktoru Sergey Lebedev deyib.

O bildirib ki, iki ölkə və iki xalq arasında dinc həyata qayıtmaq lazımdır.

Onun sözlərinə görə, Qarabağda vəziyyət gərginləşəndə MDB ölkələri dövlət başçıları və xarici işlər nazirləri səviyyəsində tərəfləri qan tökülməsini dayandırmağa çağırmaq üçün bütün səyləri göstərdilər. İcraçı katib vurğulayıb ki, indi siyasətçilər sərhəddə münaqişə vəziyyətinin yaranmaması üçün cəhd göstərirlər.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: