Türkiyə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını
dəstəkləyir.
Trend-in məlumatına görə, bunu Türkiyənin
xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O qeyd edib ki, Azərbaycanla Ermənistan arasında qarşılıqlı inam
yaradılması istiqamətində addımlar atılır.
“Birgə Sərhəd Komissiyasının yaradılması, Azərbaycanın təklif
etdiyi sülh müqaviləsi ilə bağlı razılıq əldə olunmalıdır. Biz bu
prosesləri dəstəkləyirik. Cənubi Qafqazın rihafı üçün hər kəsin
bir-biri ilə olan münasibətləri normallaşmalıdır”- deyə M.Çavuşoğlu
əlavə edib.