Hazırkı mərhələdə biz Azərbaycanla Ermənistan arasında münasibətlərdə etimad tədbirlərinin möhkəmlənməsini, Cənubi Qafqazın dayanıqlı inkişafı üçün şərtləri təmin edəcək müsbətyönümlü iqtisadi gündəliyin formalaşdırılmasını vacib tapşırıq hesab edirik.
AzerTimes-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O qeyd edib ki, müharibənin fəsadlarını, o cümlədən, psixoloji fəsadlarını geridə qoymaq çətindir: “Bir çoxları nəticələrlə razı deyil. Kimi bunun davam etməsini, kimi də revanş istəyir. Amma məqsəd budurmu? Sualın cavabı aydındır – Xeyr!”.