Ermənistan və Azərbaycan arasında davamlı sülh, sabit və
təhlükəsiz Cənubi Qafqaz istiqamətində işləmək üçün mühüm səylər və
irəliləyiş əldə olunub.
Trend-in məlumatına görə bunu Avropa
İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə
Ali Nümayəndəsi Cozep Borrell “Twitter ” hesabında bildirib.
O qeyd edib ki, mövcud geosiyasi kontekstdə münaqişələri
diplomatik yolla həll etmək həmişəkindən daha vacibdir.