Azərbaycanla Ermənistan arasında möhkəm sülhün əsasını qoymaq üçün Rusiya ilə dialoq vacibdir – Fransa XİN rəhbəri

Xəbər - Orxan Nəbiyev – Trend:

Ermənistanla Azərbaycan arasında möhkəm sülhün əsasının qoyulması üçün Rusiya ilə dialoq vacibdir.

Trend-in məlumatına görə, bunu Fransanın xarici işlər naziri Jan-İv Le Drian yerli mətbuata müsahibəsində deyib.

O bildirib ki, xüsusilə böhran zamanlarında dialoq mühümdür:

“Fransa və Rusiya, məsələn, İranın nüvə sazişi ilə bağlı danışıqların bərpası məqsədi ilə əlaqəli işləyə bilər. Əfqanıstanla bağlı yeni terror dalğasının qarşısının alınması məsələsində mövqelərimiz üst-üstə düşür. Eyni zamanda Azərbaycanla Ermənistan arasında möhkəm sülhün əsasını Rusiya ilə birgə qoymaq lazımdır”, – deyə fransalı nazir bildirib.

Teqlər: