Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşdırılması üçün 10 noyabr bəyanatının şərtlərinin yerinə yetirilməsi vacibdir – XİN rəhbəri

Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşdırılması
üçün potensial mövcuddur.

AzerTimes-ın məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri
Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, Polşa
Respublikasının xarici işlər naziri Zbiqnev Rau ilə birgə mətbuat
konfransında deyib.

C.Bayramov qeyd edib ki, bunun üçün 10 noyabr üçtərəfli
bəyanatının şərtlərinin yerinə yetirilməsi vacibdir.

Nazir bildirib ki, bunun üçün real addımların atılmasının
zamanıdır:

“Azərbaycan sülh üçün öz təkliflərini irəli sürüb, lakin
Ermənistan tərəfindən buna reaksiya verilməyib”.

Teqlər: