Xəbər - Ceyla Əliyeva, tərcümə Orxan Nəbiyev – Trend:
Avropa İttifaqı (Aİ) və Azərbaycan əməkdaşlıq müddətində bir sıra birgə layihə üzərində işləyib.
AzerTimes-ın məlumatına görə, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.
O qeyd edib ki, Aİ ötən həftə peşə tədrisi üzrə vacib layihə işə salıb. Bundan başqa, tərəflər ASAN Xidmətinin və rəqəmsal xidmətlərin yaradılmasında əməkdaşlıq edib.
Hazırda Aİ-nin dəstəyi ilə Azərbaycan məhkəmə sistemində işlərin baxılmasının yeni üsulunu tətbiq edir.
Qeyd olunub ki, “eu4Azerbaijan.eu” saytında Azərbaycanla Aİ arasında 120-dən çox layihə yer alıb. Onlardan bəziləri hazırlanma mərhələsindədir.