İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvi iki ölkə arasında əlaqələr barədə açıqlama verib.
AzerTimes xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb.
Musəvi etiraf edib ki, Azərbaycan və İran arasında əlaqələr ən aşağı səviyyəyə enib:
“Buna baxmayaraq, İran qonşu ölkə ilə münasibətləri inkişaf etdirmək üçün addımlar atır”.
Xatırladaq ki, bu ilin yanvar ayında Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu olub. Hadisədən sonra Azərbaycan İrandakı səfirliyini boşaldıb və Tehranla münasibətlərini ən aşağı səviyyəyə endirib.