Azərbaycanla əlaqələrimiz inkişaf edir.
AzerTimes xəbər verir ki, bunu İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-mayor Məhəmməd Bagiri deyib.
“Azərbaycanla sərhəd və təhlükəsizlik məsələlərində heç bir problemimiz yoxdur. Allaha şükür, iki ölkə arasında iqtisadi əlaqələr hər gün inkişaf edir və dərinləşir”, – Bagiri bildirib.
Qeyd edək ki, ötən gün Məhəmməd Bagiri təhlükəsizliyi yoxlamaq üçün bu gün Azərbaycanla sərhəd məntəqəsində olub.