Azərbaycanla delimitasiya sənədinə bu tarixdə baxılacaq

Azərbaycanla delimitasiya sənədinə bu tarixdə baxılacaq

Sentyabrın 24-də Ermənistan Konstitusiya Məhkəməsi Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında əsasnaməyə baxacaq.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan Konstitusiya Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, məhkəmə avqustun 30-da İrəvan və Bakının imzaladığı sənədin Konstitusiyaya uyğunluğunu yoxlamalıdır. Ötən həftə reqlament Ermənistan hökumətinin iclasında təsdiq edilib. Sənəd Konstitusiya Məhkəməsində baxıldıqdan və müsbət nəticə verildikdən sonra parlamentdə müzakirəyə çıxarılacaq.

Teqlər: