Sabah İstanbulda Azərbaycan, Rusiya, İran və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək.
AzerTimes xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.
“Türkiyə və Azərbaycan bəzi məsələlərdə bir dövlət kimi çıxış edir. İqtisadiyyat, xarici siyasət, strateji məsələrdə və digər sahələrdə əməkdaşlıq çox sıxdır”, – H.Fidan qeyd edib.