Azərbaycanla Britaniya arasında qarşılıqlı investisiya qoyuluşu müzakirə edilib (FOTO)

İqtisadiyyat naziri Mikayıl Cabbarov Böyük Britaniya Baş
nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonla
görüşüb.

AzerTimes-ın məlumatına görə, bu
barədə nazir “Twitter” səhifəsində bildirib.

Görüşdə iki ölkə arasında ticarət əlaqələri, qarşılıqlı
investisiyalar, enerji transformasiyası və işğaldan azad edilmiş
ərazilərimizin bərpası üzrə əməkdaşlıq məsələləri müzakirə
edilib.

Teqlər: