Azərbaycanla BMT qurumu arasında Etimad Fondları Layihəsi Sazişi təsdiqləndi

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə
Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə
Təşkilatı arasında Etimad Fondları Layihəsi Sazişi”nin təsdiq
edilməsi haqqında Fərman imzalayıb

AzerTimes xəbər verir ki,
Fərmanla qərara alınır:

– 2021-ci il dekabrın 20-də Paris şəhərində imzalanmış
“Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər
Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatı arasında
Etimad Fondları Layihəsi Sazişi” təsdiq edilsin.

– Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən
sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti onun
müddəalarının həyata keçirilməsini təmin etsin.

– Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin
qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə
yetirildiyi barədə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və
Mədəniyyət üzrə Təşkilatına bildiriş göndərsin.

Teqlər: