Azərbaycanla BMT arasında yüksək səviyyəli dialoqun keçirilməsi planlaşdırılır

Azərbaycanla BMT arasında münasibətlərin qurulmasının 30
illiyinə həsr olunmuş tədbirlər çərçivəsində yüksək səviyyəli
dialoqun keçirilməsi planlaşdırılır.

Trend-in məlumatına görə, bunu BMT-nin
Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva
Azərbaycanla BMT arasında münasibətlərin qurulmasının 30 illiyinə
həsr olunmuş fotosərginın açılışında deyib.

Onun sözlərinə görə, martın 18-də planlaşdırılmış dialoq
çərçivəsində pandemiyadan sonrakı və post-münaqişə dövründə
əməkdaşlıq müzakirə olunacaq.

Həmçinin, xeyriyyə yarmarkasının və digər tədbirlərin
keçirilməsi planlaşdırılır.

Teqlər: