Azərbaycanla BƏƏ bərpa olunan enerji üzrə yeni investisiya layihələrini müzakirə edib

Azərbaycanla BƏƏ Bərpa Olunan Enerji üzrə yeni investisiya
layihələrini müzakirə edib.

Trend xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov
özünün “Twitter” səhifəsində yazıb.

“BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri, Abu-Dabi
Milli Neft Şirkətinin idarəedici direktoru, Masdar şirkətinin sədri
Sultan Əhməd Əl Caber ilə Bərpa Olunan Enerji üzrə yeni investisiya
layihələrinə dair səmərəli müzakirələr apardıq”, – deyə P.Şahbazov
bildirib.

Teqlər: