Azərbaycanla BƏƏ arasında yeni sənədlər imzalanıb (FOTO)

Bu gün Bakıda Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin
“Masdar” şirkəti arasında 4 sənəd imzalanıb.

AzerTimes-ın məlumatına görə,
imzalanan sənədlər aşağıdakılardır:

1.Dənizdə inteqrasiya edilmiş bərpa olunan enerji sahəsində
əməkdaşlığa dair Anlaşma Memorandumu. Sənədi energetika nazirinin
müavini Samir Vəliyev və Masdar idarə heyətinin sədri Mohammad
Jameel Al Ramahi imzalayıblar.

2.Bərpa olunan enerji və enerji səmərələliyi sahəsində Anlaşma
Memorandumu

3. Bərk məişət tullantılarından enerji istehsalı sahəsində
Anlaşma Memorandumu

4. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa olunan
və təmiz enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu

Teqlər: