Xəbər - Orxan Nəbiyev – Trend:
Azərbaycanla bağlı hadisələr müsbət yöndə irəliləyir.
Trend-in
məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan
jurnalistlərə açıqlamasında deyib.
“Hazırda Rusiya-Ukrayna böhranı var və bununla bağlı addımlar
atırıq. Ukrayna səfərimizdən sonra digər ölkələr də addım atır.
Onlarla da görüşlərimiz olub. Azərbaycanla da bağlı hadisələr
müsbət yöndə irəliləyir və bu, bizi sevindirir. Əlbəttə ki, dünyada
baş verənləri yaxından izləyirik. Dünyadan qopmuş liderlik və ya
siyasət olmaz”, – deyə o bildirib.