Azərbaycanla Almaniya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi tamam olur

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan və Almaniya
arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi
münasibətilə paylaşım edib.

AzerTimes-ın
məlumatına görə, Azərbaycan XİN-in “Twitter” hesabında edilən
paylaşımda deyilir:

“Bu gün Azərbaycan və Almaniya arasında diplomatik əlaqələrin
qurulmasının 30 ili tamam olur. Bu münasibətlə Almaniya Federativ
Respublikasının hökumətinə və xalqına ən xoş arzularımızı
çatdırırıq. Azərbaycan-Almaniya əməkdaşlığının daha da
möhkəmlənməsini gözləyirik”.

Teqlər: