Azərbaycanın “yaşıl”, “ağıllı” layihələri əməkdaşlıq üçün yeni imkanlar yarada bilər – Finlandiya XİN

Xəbər - Ləman Zeynalova – Trend:

Finlandiya Azərbaycana iqtisadiyyatın şaxələndirilməsində və neft-qaz sektorundan asılılığının azaldılmasında kömək edə bilər.

Bunu Trend-ə Finlandiya Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya şöbəsinin direktoru Sirpa Oksanen deyib.

O bildirib ki, ölkələr arasındakı ticarət münasibətlərində istifadə olunmamış böyük potensial mövcuddur:

“Biz Azərbaycanla ikitərəfli ticarətin artmasına və şaxələndirilməsinə ümid edirik. Finlandiya dünyanın ən “yaşıl ölkə”lərindən biri olduğuna görə, biz bütün dünyada dayanıqlı inkişafın təmin olunması üçün ideal mövqedəyik. Finlandiya üçün ehtiyatların bərpa olunmasına əsaslanan bioiqtisadiyyat dayanıqlı inkişafa nail olmaq, iqlim dəyişikliyi ilə mübarizə, təbii ehtiyatlara qənaət və ətraf mühitin yaxşılaşdırılması və eyni zamanda iqtisadi artımın təmin olunması və iş yerlərinin yaradılması üçün alətdir. Azərbaycanın “yaşıl”, “ağıllı” layihələri əməkdaşlıq və ticarət üçün yeni imkanlar yarada bilər”

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: