Azərbaycan yanvarda gündəlik 580,9 min barrel xam neft hasil
edib.
Energetika Nazirliyindən AzerTimes-a verilən məlumata görə, 2022-ci
ilin yanvar ayında Azərbaycanda gündəlik neft (kondensatla
birlikdə) hasilatı 700,5 min barrel olub. Bunun 580,9 min barrelini
xam neft, 119,6 min barrelini isə kondensat təşkil edib.
Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 23-cü iclasında
qəbul edilmiş “Əməkdaşlıq Bəyannaməsi” çərçivəsində Azərbaycanda
gündəlik xam neft hasilatının 2022-ci ilin yanvarında daha 7 min
barrel artırılaraq 661 min barrelə çatdırılması, ixtisarla bağlı
öhdəliyin isə 57 min barrel həcmində olması nəzərdə tutulurdu.