Xəbər - Zeyni Cəfərov, tərcümə Orxan Nəbiyev – Trend:
2021-ci il yanvar-fevral aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi təxminən 4,4 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,6 faiz azdır.
Trend bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən məlumat verir.
Hesabat dövründə Azərbaycanın ixracı 2,788 milyard dollara bərabər olub və bu 2020-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 14,23 faiz azdır. İxracın ümumi xarici ticarət dövriyyəsində payı 63,36 faiz təşkil edib.
Bu ilin ilk iki ayı ərzində Azərbaycana idxal 1,61 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,8 faiz azalıb. İdxalın ümumi xarici ticarət dövriyyəsində payı 36,64 faiz təşkil edib.
Xarici ticarət dövriyyəsinin saldosu müsbət olub və 1,176 milyard dollar təşkil edib.