Azərbaycanın xarici ticarət dövriyyəsi 17 milyard dolları keçib

Xəbər - Sədrəddin Ağcayev – Trend:

Azərbaycanın 2021-ci ilin yanvar-iyul aylarında xarici ticarət dövriyyəsi 17,691 milyard dolları keçib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17,7 faiz çoxdur.

AzerTimes-ın məlumatına görə, xarici ticarət dövriyyəsində ixracın payı 11,393 milyard dollar və ya 64,4 faiz olub. Bu da 2020-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 24,7 faiz çoxdur.

Azərbaycanın yanvar-iyul aylarında idxalı da ötən ilin eyni dövrü ilə müqayisədə 6,7 faiz artaraq 6,297 milyard dolları ötüb. Xarici ticarət dövriyyəsində idxalın payı 35,6 faiz təşkil edib.


Twitter: agdzhaev

Teqlər: