Xəbər - Fidan Babayeva – Trend:
2021-ci il yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi təxminən 9,893 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz çoxdur.
AzerTimes bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən məlumat verir.
Hesabat dövründə Azərbaycanın ixracı 6,364 milyard dollara bərabər olub və bu 2020-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 0,9 faiz çoxdur. İxracın ümumi xarici ticarət dövriyyəsində payı 64,33 faiz təşkil edib.
Bu ilin ilk üç ayı ərzində Azərbaycana idxal 3,528 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,1 faiz azalıb. İdxalın ümumi xarici ticarət dövriyyəsində payı 35,67 faiz təşkil edib.
Xarici ticarət dövriyyəsinin saldosu müsbət olub və 2,83 milyard dollar olub.
(Tərcümə: Orxan Nəbiyev)