Azərbaycanın xarici siyasəti bundan sonra da sülh və təhlükəsizliyin təmin edilməsinə yönələcək – Hikmət Hacıyev

Bu tədbir bir il əvvəl Ermənistanın Azərbaycanın Tovuz rayonu istiqamətində dövlət sərhədində növbəti təcavüz aktına əl atması tarixinə təsadüf edir. Azərbaycan Silahlı Qüvvələri düşmənin hərbi təxribatlarını layiqincə cavablandırdı və 44 günlük Vətən müharibəsi nəticəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuzun qazandığı şanlı Zəfərin ölkəmizin tarixinə qızıl hərflərlə daxil oldu.

AzerTimes xəbər verir ki, bunu “44 günlük Vətən müharibəsi və müharibədən sonra Azərbaycanın xarici siyasəti” mövzusunda diplomatiya həftəsinin açılış mərasimində çıxışı zamanı Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Münaqişənin artıq keçmişdə qaldığını qeyd edən Prezidentin köməkçisi bildirib ki, Azərbaycanın qarşısında duran əsas vəzifələr xüsusilə azad olunmuş ərazilərin yenidən qurulması, bu ərazilərin minalardan təmizlənməsi, beləliklə, məcburi köçkünlərin öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə geri dönüşünün təmin olunmasıdır.

Hikmət Hacıyev bildirib ki, təməlində milli maraqlar dayanan Azərbaycan xarici siyasəti bundan sonra da bölgədə və dünyada sülh və təhlükəsizliyin, beynəlxalq hüququn təmin edilməsinə yönələcək.

Teqlər: