Azərbaycanın xarici işlər nazirinin ATƏT-in fəaliyyətdə olan sədri ilə telefon danışığı olub

13 may 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramovun İsveç xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri xanım Ann Linde ilə telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, tərəflər Azərbaycan və Ermənistan sərhədində baş vermiş gərginliklə bağlı fikir mübadiləsi aparıblar.

Üçtərəfli bəyanatlara riayət olunmasının vacibliyi vurğulanıb.

Teqlər: