Azərbaycanın xarici borcu ÜDM-in 12,5 faizini təşkil edib – Agentlik rəhbəri

2022-ci il aprelin əvvəlinə olan vəziyyətə görə, Azərbaycanın
xarici dövlət borcu 7,4 milyard dollar və ya ümumi daxili məhsulun
12,5 faizini təşkil edib.

Trend-in
məlumatına görə, bunu Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və
Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru Azər
Mursaqulov deyib.

O bildirib ki, Azəbaycanın daxili dövlət borcu 2,6 milyard
dollar və ya ÜDM-in 2,6 faizinə bərabər olub.

“Xarici borc göstəricilərimiz regionun digər ölkələri ilə
müqayisədə aşağıdır. Azərbaycanın ümumi dövlət borcunun ÜDM-ə
nisbəti 15,1 faiz təşkil edir. Həmçinin qeyd etmək istəyirəm ki,
Azərbaycanın təqdim etdiyi dövlət təminatlarının dəyəri 1,8 milyard
manat və ya ÜDM-in 1,6 faizinə bərabərdir”, – A.Mursaqulov
deyib.

Agentlik rəhbəri bildirib ki, dövlət borcu beynəlxalq maliyyə
təşkilatları tərəfindən verilən uzunmüddətli kreditlər hesabına
formalaşır. Bu kreditlərin ödənmə vaxtı 7-8 il təşkil edir. Daxili
borclar üçün bu müddət iki ilə yaxındır.

A.Mursaqulov əlavə edib ki, dünya ölkələrinin dövlət borcları
bir il ərzində 85 trilyon dollardan 93 trilyon dollaradək
artıb.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: