Xəbər - Fərid Zöhrabov – Trend:
Azərbaycan Xalq artisti, qoboyçusu, bəstəkarı və pedaqoqu Kamil
Cəlilov dünyasını dəyişib.
Trend xəbər
verir ki, 84 yaşında vəfat edən musiqiçi bu gün torpağa
tapşırılacaq.
Qeyd edək ki, 1938-ci il yanvarın 29-da Buzovnada anadan olan
K.Cəlilov qoboy alətini muğam janrına gətirən ilk ifaçıdır.
Bəstəkar Fikrət Əmirovun qoboy və fortepiano üçün “Altı pyes”inin
ilk ifaçısıdır. 1990-cı ildə Kamil Cəlilovun ifa etdiyi “Zəminxarə”
muğamı Qara Yanvar hadisələri ilə sıx əlaqələndirilir.