Azərbaycanın xalis maliyyə aktivləri artıb

2021-ci ildə Azərbaycanın xalis maliyyə aktivləri 2,563 mlrd.
ABŞ dolları artıb ki, bu da xaricə yönəldilmiş birbaşa
investisiyalar (77 mln. dollar), portfel investisiyaları (457,5
mln. dollar) və digər investisiyalar (2,029 mlrd. dollar) hesabına
formalaşıb.

Trend Mərkəzi
Bankın məlumatına istinadən xəbər verir ki, hesabat dövründə
ölkənin xalis maliyyə öhdəlikləri isə 2,489 mlrd. dollar azalıb ki,
bu da xaricdən cəlb olunmuş xalis birbaşa investisiyalar (4,795
mlrd. dollar), neft bonusu (457 mln. dollar), portfel
investisiyaları (-61,5 mln. dollar) və digər investisiyalar (-719,9
mln. dollar) hesabına formalaşıb.

Teqlər: