Azərbaycanın Vətən müharibəsində qələbəsi Pakistanda da böyük sevinclə qarşılandı – Əsəd Qeysər

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qələbəsi Pakistanda da böyük sevinclə qarşılandı. Azərbaycan və Türkiyə bayraqları ilə yanaşı, Pakistan bayrağının da Azərbaycanda dalğalanması bizi çox sevindirirdi.

AzerTimes-ın məlumatına görə, bu barədə Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysər Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrlərinin Milli Məclisdə keçirilən üçtərəfli görüşündə deyib.

Ə.Qeysər bildrib ki, bu qələbəyə Azərbaycan Prezidenti İlham Əliyevin əzmkarlığı, Azərbaycan xalqının birliyi nəticəsində nail olundu: “Bu yolda şəhid olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyirəm”.

Teqlər: