Bu gün (25 sentyabr) futbol üzrə Azərbaycan çempionatının Birinci Divizionunun püşkü atılıb.
Yeni mövsümdən etibarən çempionatda 10 komanda iştirak edəcək.
Bunlar “Şüvəlan”, “Turan Tovuz”, “Ağsu”, “Qaradağ Lökbatan”, “Zaqatala”, “Mil Muğan”, MOİK, “Xəzər” və “Sabah” komandalarıdır.
Maraq üçün qeyd edək ki, “Vətən” komandasının adı “Sabah” olaraq dəyişdirilib.
Qeyd edək ki, yeni mövsümə oktyabrın 3-də start veriləcək.
I tur (3-4 oktyabr)
“Xəzər” – “Mil-Muğan”
“Turan Tovuz” – “Şüvəlan”
“Ağsu” – “Zaqatala”
MOİK – “Qaradağ Lökbatan”
“Sabah” – “Binə”