Xəbər - Zeyni Cəfərov – Trend:
Bu ilin əvvəlindən etibarən yalnız yanvarda xarici valyutata tələbin artması müşahidə olunub, ümumilikdə isə Azərbaycanın valyuta bazarında sabitlik qalır.
AzerTimes-ın məlumatına görə, bunu Mərkəzi Bankın İdarə heyətinin sədri Elman Rüstəmov deyib.
Onun sözlərinə görə, artan tələb həm nağd, həm də nağdsız valyuta üçün müşahidə olunub:
“Növbəti aylarda balans bərpa olunub. Dövlət Neft Fondu 140 milyon dollara qənaət edib”.
E.Rüstəmob vurğulayıb ki, hazırda valyuta bazarında kəsir müşahidə olunmur..